HAQQIMIZDA

10 ildən artıqdır ki, Byart Group Tent və Şüşələnmə sistemləri sahəsində Azərbaycanda rəsmi nümayəndə kimi fəaliyyət göstərir.

Byart Group ölkəmizdə yeganə şirkətdir ki, məhsulları arasında Bioklimatik Perqola, Perqola, Giyotin Avtomatik Şüşə Sistemləri və 15 növ Cam Balkon Sistemlərini təklif edə bilir. Şirkətimiz bu sahədə olan ən son texnoloji yenilikləri qısa müddət ərzində öz müştərilərinə təklif etmək qabiliyyətindədir. Bunu biz Azərbaycanın bir sıra holdinq və şirkətləri üçün Fasad Şüşələnmə, Daxili Arakəsmə Sistemləri, İzolyasiyalı Alüminium Pəncərə Sistemləri kimi məhsullarımızın tətbiqi zamanı artıq sübut etmişik.
Qeyd edək ki, Byart Group yalnız beynəlxalq səviyyədə fəaliyyət göstərən ixtisaslaşmış təchizatçı şirkətlərlə əməkdaşlıq edir. Bizim istifadə etdiyimiz sistem dizaynları, alüminium konstruksiyalar və bütün aksesuarlar italyan dizaynı olub patentləşdirilmiş məhsullardır. PVC əsaslı Membran parçalar Avropa “Mehler”, Belçikanın “Sioen” və “Serge Ferrari” markalarının, mühərrik və avtomatlaşdırma sistemləri isə “Becker” və Fransanın “Somfy” markasının istehsalıdır.

Bizim məhsullar ilin bütün fəsillərində rahatlığınızı təmin etmək, sizi kəskin hava şəraitindən qorumaqla bərabər məkana müasir və unikal görünüş bəxş etmək məqsədi daşıyır.

Təlim görmüş peşəkar kollektivimiz, sifarişlərinizin qısa zamanda hazırlanması, ödənişsiz çatdırılma və quraşdırılma, ödənişsiz konsultasiya, yüksək keyfiyyətli məhsullar və peşəkar xidmət bizim əsas üstünlüklərimizdir.

Biz hər bir müştəri sifarişinə yeni bir layihə kimi yanaşmaqla həm sizin istək və tələblərinizi tam şəkildə yerinə yetiririk, həm də sizin üçün ən yaxşı olan seçimi təqdim edirik.

Copyright ©BYART 2018 Bütün hüquqlar qorunur.
Powered by Interactive Media