Cam Balkon (balkonlar üçün)

Cambalkon - çərçivəsiz şüşələnmə binalara modern görüntü və estetik gözəllik verir. Yeni texnologiya əsasında quraşdırılan sistem Sizin evinizi kəskin hava şəraitindən: küləkdən, yağışdan, qardan qoruyacaq. İstənilən formalı balkonlarda quraşdırılması mümkün olan və asanlıqla təmizlənə bilən bu sistemin əsas xüsusiyyətləri təbii işığı içəri buraxması, etibarlılığı və təhlükəsizliyidir. Cambalkonda pərdəli sistemdən istifadə etmək imkanı da var. Temperli şüşə ilə səs izolyasiyası yaxşı səviyyədə təmin edilir. Möhkəmləndirilmiş (temperlənmiş) şüşənin qalınlığı eyvanın hündürlüyündən, mərtəbə və külək yükündən asılı olaraq 8-10 mm ola bilər. Adi şüşədən fərqli olaraq temperlənmiş şüşənin əyilən zaman möhkəmliyi 250 Mpa olur.

Bizim təklif etdiyimiz cambalkonlar yüksək keyfiyyəti və möhtəşəm görünüşü ilə Sizə uzun illər xidmət edəcək.

Copyright ©BYART 2018 Bütün hüquqlar qorunur.
Powered by Interactive Media