Fasad Şüşələnməsi

Fasad şüşələnmə müasirlik və orijinallığı ilə effektiv görünüşə malik olub maksimum işıqlandırmanı təmin edir. Fasad şüşə binada əlavə ağırlıq yaratmadan onlara harmoniya və xoş görkəm əlavə edir.

Rəngli və güzgülü şüşələr isə ofis binalarının və bankların fasadlarında xüsusilə məşhurdur. Fasad şüşələnmədə istifadə olunan şüşələr zərbəyə davamlı, səs keçirməyən, enerji qənaətli, gün işığından qorunan, yanğına davamlı kimi xüsusiyyətlərə malik olur.

Fasad şüşələnmələrin müxtəlif variantları mövcuddur: qapaqlı, silikon, spider və s.

Silikon cəbhə. Fasadın xarici səthində incə birləşmə xətləri ilə bölünmüş çərçivəsiz şüşə fasad görünüşü yaradır.

Qapaqlı fasad. Bu sistemin xarici qabığında yerləşən basma və qapaq elementləri lahiyənin xüsusiyyətinə görə şaquli və yaxud üfüqi olaraq seçilir.

Spider fasad. Sistemin üstünlüyü ondadır ki, estetik görünüşü ilə binaya xüsusi gözəllik və orijinallıq verir. Sistem hər hansı bir konstruksiyalı şüşələnməni yerinə yetirməyə imkan yaradır. Spider şüşələnməsi müasir ticarət mərkəzlərində, sərgi salonlarında, böyük mağazalarda və başqa yerlərdə geniş şəkildə istifadə olunur. Bu sistemdə xüsusi paslanmayan kronşteynlər istifadə olunur ki, bu da onu paslanmaya və kifə qarşı davamlı edir. İstənilən ölçüdə yüksək etibarlılıqla quraşdırıla bilən sistem xüsusi qayğı tələb etmir.

Şirkətimiz Sizin bütün tələblərinizə cavab verən fasad şüşələnmə işlərini yerinə yetirir.

Copyright ©BYART 2018 Bütün hüquqlar qorunur.
Powered by Interactive Media