Petlə ilə Duş Kabin

Son illərdə duş kabinlərə olan tələbat nəzərə çarpacaq dərəcədə artmışdır. Bu, duş kabinlərin vanna otağında az yer tutması, su sıçramasının qarşısını alması, vanna otağını çirkləndirməməsi kimi üstün xüsusiyyətlərə malik olmasından irəli gəlir.

Şüşə qapılardan və ya şüşə arakəsmələrdən istifadə edərək duş kabinləri istənilən ölçü və formada quraşdırmaq mümkündür. Şüşə duş kabinlərdə 8 mm qalınlığında, yüksək temperatura davamlı, temperli şüşələrdən istifadə olunur. Şüşələr zaman keçdikcə əvvəlki görünüşünü itirmir, cızılmır, təmizlənməsi isə olduqca sadə və rahatdır. Duş kabinlər üçün şüşə qapılar şəffaf və ya mat olur.

Biz hər bir müştərinin istəyini reallaşdırmaq qabiliyyətindəyik.

Copyright ©BYART 2018 Bütün hüquqlar qorunur.
Powered by Interactive Media