Cambalkon Paket (ikiqat şüşə ilə)

Cambalkon - çərçivəsiz şüşələnmə yeni binalara estetik gözəllik verən müasir sistemdir. Yeni texnologiya əsasında quraşdırılan sistem Sizin evinizi hər cür kəskin hava şəraitindən - küləkdən, yağışdan, qardan qoruyacaq. Bu sistemdə istifadə olunan temperli şüşə səs izolyasiyasını yaxşı səviyyədə təmin edir.

Sistemin əsas xüsusiyyətləri təbii işığın içəri daxil olması, etibarlılığı və təhlükəsizliyidir. Qüsursuz görünüşə malik çərçivəsiz şüşələnmə asanlıqla təmizlənir və rahatlıqla istifadə olunur.

Cambalkonda pərdəli sistemdən istifadə etmək imkanı ilə yanaşı, istənilən formalı balkonlarda quraşdırılması imkanı da vardır.

Yüksək keyfiyyətli materiallardan istehsal olunmuş cambalkon möhtəşəm görünüşü ilə Sizə uzun illər xidmət edəcək.

Copyright ©BYART 2018 Bütün hüquqlar qorunur.
Powered by Interactive Media