Pergola Sistemləri

Avtomatik açılıb-bağlana bilən «Pergola» tent sistemi erqonomik və funksional olub, ən son texlonoji məhsuldur. Günəşin, küləyin, yağışın mənfi təsirlərindən qorunmaq üçün istifadə edilən bu sistem kafe, restoran, qış bağçası, hovuz üstü bağlanılmasında və digər məkanlarda əlverişlidir. Sistemin konstruksiyası alüminiumdan hazırlanır və heç bir dəmir konstruksiyadan istifadə olunmur. Sistemdə istifadə olunan profil və aksesuarlar paslanmaya davamlıdır. Bu sistemdə yalnız "blackout tent parça" növündən istifadə olunur. Relsli tent sistemləri üçün nəzərdə tutulmuş bu parça işıq, su keçirməz və yanğına davamlılıq xüsusiyyətlərinə malikdir. Tentin üzərinə kənardan bərk cisimlər (daş, şüşə, taxta və s.) düşdükdə cırılmır və təmizlənməsi çox rahatdır. Bunun sayəsində sistem ilin bütün fəsillərində, istənilən hava şəraitində rahat istifadə edilə bilir.

Sistemin bağlanması üzərindəki tentin qatlanaraq geriyə çəkilməsi ilə təmin edilir. Səssiz işləyə bilən və hər ölçüdə istehsal oluna bilən bu sistem istənilən vaxt üzərinin tamamilə açılması ilə əlavə komfort yaradır.

Bundan başqa, istəyə bağlı olaraq tavan hissəsindəki tent sistemlərinə Led lampaların quraşdırılması da mümkündür. Led lampalar məkanı işıqlandırmaqla xüsusi zövq verir.

Copyright ©BYART 2018 Bütün hüquqlar qorunur.
Powered by Interactive Media